Xidmət sektorunda bahalaşma var - VİDEO

15 May 2022 11:22

Əhaliyə göstərilən ödənişli xidmət sektorunda bahalaşma qeydə alınıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, yalnız ərzaq məhsullarından deyil, ödənişli xidmət sektorunda da son bir ildə bahalaşma baş verib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən illə müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən daha çox bahalaşma paltar, ayaqqabı, mebel, minik avtomobillərinin təmiri, stomatoloji, ictimai iaşə, kosmetoloji və bərbərxana xidmətlərində olub. Burada 10.2 faizlik artım qeydə alınıb.

İqtisadçıların fikrincə, buna səbəb dünyada baş verən inflyasiya prosesidir.

Ekspert Xalid Kərimli deyib ki, inflyasiya meylləri hələ də davam edir və dayanmayıb. Xüsusilə pandemiyadan çıxan sektorların əvvəlki vəziyyətə qayıtması da vaxt alacaq.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son məlumatında ucuzlaşmanın yalnız hava nəqliyyatı ilə sərnişindaşımada qeydə alındığı bildirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az