ABŞ-da benzinin qiymətləri tarixi maksimumu yeniləyib

15 May 2022 10:45

ABŞ-da benzinin qiymətləri artmağa davam edərək tarixi maksimumu yeniləyib

Milli.Az Trend-ə istinadən bildirir ki, hazırda ölkədə bir qallon (3,785 litr) benzinin qiyməti 4,45 dollar, dizelin isə 5,56 dollara çatır.

Bir il əvvəl qiymətlər müvafiq olaraq 3,04 və 3,16 dollar idi. Amerika Avtomobil Assosiasiyasının ekspertləri qeyd edirlər ki, benzinin ən yüksək qiymətləri Kaliforniya ştatının yanacaqdoldurma məntəqələrində qeydə alınıb - bir qallon üçün 5,92 dollar.

Milli.Az