Quraqlıq Fransada aclığa səbəb ola bilər

15 May 2022 09:55

Avropanın ən çox qida çəhsulları istehsal edən ölkəsi olan Fransada rekord quraqlıq müşahidı olunur.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkədə ardıcıl 50 gündür ki, yağış yağmır. Bütün kənd təsərrüfatı sahəsi misli görünməmiş bir fəlakət astanasındadır.

Problemə hətta ölkə prezidenti Emmanuel Makron toxunub.

"Bəli, böhran olacaq, ərzaq qıtlığı olacaq, biz bunu başa düşürük. Hələ il yarım vaxtımız var, sonra bu baş verəcək", - Makron bildirib.

Lakin fransız iqtisadçıları bunun daha tez baş verə biləcəyini istisna etmirlər.

"Məhsulun itkisi böyük itki olacaq. Bu çörəyin qiymətinə və bütün qida zəncirinə kəskin şəkildə təsir edəcək. Düşünürəm ki, artıq yayda ciddi problemlərlə üzləşəcəyik", - Fransanın şimalının aqrar-sənaye komitəsinin rəhbəri Kristian Durlin bildirib.

Ərzaq və su çatışmazlığı təhlükəsi fonunda hakimiyyət qazonların, həyətyanı sahələrin və şəxsi bağların suvarılmasını qadağan edib.

Milli.Az