Təyyarə avtomobillə toqquşub

15 May 2022 08:08

ABŞ-ın Florida ştatının Mayami şəhərində yüngül mühərrikli təyyarə magistral körpünün üzərinə düşüb.

Trend xəbər verir ki, bu barədə NBC kanalının yerli bölməsi məlumat yayıb.

Bildirilir ki, qəza nəticəsində azı iki nəfər xəsarət alıb.

Təyyarə körpünün üzərində avtomobillə toqquşub, daha sonra isə alovlanma baş verib. Hadisə səbəbindən körpü üzərində hərəkət məhdudlaşdırılıb.

Xəstəxanaya yerləşdirilmiş yaralıların vəziyyəti haqqında hər-hansı açıqlama verilmir.

Milli.Az