Litvada 46 mindən çox "Moderna" koronavirusa qarşı peyvəndi məhv edilib

14 May 2022 23:55

Litvada 46 000-dən çox "Moderna" koronavirus peyvəndi utilizasiya edilib.

Trend xəbər verir ki, bu barədə yerli milli radio LRT məlumat yayıb.

Qeyd olunur ki, bu addım preparatların istifadə müddətinin bitməsi ilə əlaqəli olaraq atılıb.

Bundan əvvəl Lİtvada aprel ayında 36,2 min, mayda isə daha 10,4 min doza peyvənd utilizasiya edilib. Bu ayın sonuna qədər təxminən 21,6 min doza peyvəndin istifadə müddəti bitəcək. Litvanın Səhiyyə Nazirliyi fəal şəkildə hələ ki istifadəyə yararlı vaksinləri ötürməyə ölkələr axtarır. Peyvəndin yenidən bölüşdürülməsi üçün beynəlxalq sistem oxşar müraciətlərin çoxluğundan onları qəbul edə bilmir.

Milli.Az