ABŞ-da supermarketdə atışma olub, ölən və yaralananlar var

14 May 2022 23:50

ABŞ-ın Nyu-York ştatının Buffalo şəhərində supermarketdə atışma olub.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə "BNO News" telekanalı məlumat yayıb.

İlkin məlumata görə, azı 9 nəfər başından güllə yarası alıb. İki yaralının mağazanın qarşısında öldüyü, digərlərinin bölgə xəstəxanasına aparıldığı bildirilir.

Atəş açan şəxsin yaralandığı güman edilir. Onun saxlanılıb-saxlanılmaması ilə bağlı hələlik heç bir məlumat yoxdur.

Milli.Az