“SpaceX” kosmosa 53 “Starlink” peyki göndərdi

14 May 2022 22:38

"Starlink" internet peyk şəbəkəsinin bir hissəsi olacaq 53 peyk ABŞ-ın Kaliforniya ştatından raket istehsalçısı "SpaceX"ə məxsus Amerika kosmik gəmisi və raketi tərəfindən kosmosa buraxılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, "SpaceX"in "Falcon-9" raketi Vandenberq Kosmik Qüvvələri bazasından saat 15:07-də ​​buraxılıb.

"SpaceX" sosial şəbəkədə peyklərin uğurla yerləşdirildiyini paylaşıb.

Milli.Az