Bir ailənin 3 üzvü çiyələkdən zəhərləndi

14 May 2022 22:29

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, rayon sakinləri - 1959-cü il təvəllüdlü İsmayılova Pakizə, 1991-ci il təvəllüdlü İsmayılova Arzuyə və 2016-cı il təvəllüdlü İsmayılova Pakizə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Xəstələrə tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, pasientlər çiyələkdən zəhərləniblər.

Milli.Az