Gürcüstanda zəlzələ olub

14 May 2022 22:20

Gürcüstanda 4,5 maqnitudalı zəlzələ baş verib.

Milli.Az "report"-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.

Yeraltı təkanlar yerli vaxtla saat 21:14-də qeydə alınıb. Zəlzələnin episentri Dmanisi rayonunun Sameba kəndi yaxınlığında olub.

Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Milli.Az