Ukraynada rusiyayönlü partiyaların fəaliyyəti qadağan edilib

14 May 2022 22:02

Ukraynada rusiyayönlü partiyaların fəaliyyəti qadağan olunub.

Milli.Az "report"-a istinadən bildirir ki, bununla bağlı qanunu Ukrayna Prezidenti Volodimir Zelenski imzalayıb. Ali Rada sənədi mayın 3-də qəbul edib.

Ukraynanın bəzi qanunvericilik aktlarına siyasi partiyaların qadağası ilə bağlı dəyişikliklər edilməsi haqqında qanun mayın 6-da imzalanmaq üçün Zelenskiyə göndərilib. Bu gün, mayın 14-də sənəd dövlət başçısının imzası ilə Radaya qaytarılıb.

Milli.Az