Millimizin üzvü Almaniya klubunda bombardir olub

14 May 2022 21:45

Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında sonuncu - 28-ci turun oyunları keçirilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Şalke-2" doğma meydanda "Vyedenbrük"ə qalib gəlib - 5:1. Təmsilçimiz bu oyunun iştirakçısı olmayıb.

Qeyd edək ki, "Şalke-2" turnir cədvəlində 47 xalla 20 komanda arasında 9-cudur. R.Dadaşov isə bu mövsüm 19 matçda 11 qol vurub və komandanın bombardiri olub.

Milli.Az