Çavuşoğlu: “İsveç və Finlandiya PKK və YPG-ni açıq şəkildə dəstəkləyir”

14 May 2022 21:27

NATO-da müttəfiq olacaq bir ölkə YPG/PKK-ya dəstək verməməlidir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Diplomatın sözlərinə görə, İsveç və Finlandiya terror təşkilatı olan PKK və YPG-ni açıq şəkildə dəstəkləyir.

Milli.Az