Stoltenberq Finlandiya və İsveçin xarici işlər nazirləri ilə danışıb

14 May 2022 21:36

NATO Baş katibi Yens Stoltenberq Finlandiya Prezidenti Sauli Niinistö, xarici işlər naziri və İsveç xarici işlər naziri Ann Linde ilə telefonla danışıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Stoltenberq "Twitter"də bildirib.

"Berlində keçiriləcək NATO müttəfiqlərinin xarici işlər nazirlərinin görüşü qabağı Finlandiya Prezidenti Sauli Niinisto, xarici işlər naziri Pekka Haavisto və İsveçin xarici işlər naziri Ann Linde ilə danışdım. Finlandiya və İsveç bizim ən yaxın tərəfdaşlarımızdır və biz onların üzvlük üçün mümkün müraciətləri ilə bağlı son vəziyyəti müzakirə etdik. NATO-nun genişlənməsi tarixi uğurdur", Stoltenberq qeyd edib.

Milli.Az