Avropa Mərkəzi Bankı uçot dərəcəsini artıra bilər

14 May 2022 20:51

Avropa Mərkəzi Bankı (AMB) iyulda uçot dərəcəsini artıra bilər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu bankın rəhbəri Kristin Laqard bildirib.

Bank bu məqsədlə iyunun 9-da Amsterdamda, 21-də isə Frankfurtda iclas keçirəcək. Laqard uçot dərəcəsinin artımının müvəqqəti olacağını və məqsədin inflyasiyanın qarşısnı almaq olduğunu deyib.

Avrostatın statistikasına görə, apreldə avrozonada inflyasiya rekord həddə 7,5% olub. Halbuki AMB-nin müəyyən etdiyi hədd maksimum 2%-dir.

Milli.Az