Rize-Artvin Hava Limanının açılış mərasimində Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim olunub

14 May 2022 18:57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlət başçıları Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xatirə hədiyyələri təqdim olundu.

Sonra birgə foto çəkdirildi.

Daha sonra Rize-Artvin Hava Limanının açılışını bildirən lent kəsildi.

Milli.Az