İlham Əliyev Azərbaycan-Türkiyə münasibətləri haqqında: Biz dost, qardaş, həm də rəsmən müttəfiqik

14 May 2022 16:25

Biz həm dostuq, həm qardaşıq, həm də rəsmən müttəfiqik.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev mayın 14-də Türkiyədə Rize-Artvin Hava Limanının açılışında çıxışı zamanı deyib.

Dövlətimizin başçısı bildirib: "Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik və ölkələrimiz çox böyük sınaqlardan keçibdir. Keçən il bizim qədim və tarixi şəhərimizdə - Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik".

Milli.Az