Düşmən Kəlbəcəri atəşə tutub

14 May 2022 15:32

Mayın 14-ü saat 11:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Milli.Az