Rusiya Finlandiyanın "işığını kəsdi"

14 May 2022 18:37

Rusiyanın "İnter RAO" şirkətinin törəmə müəssisəsi olan "RAO Nordic" Finlandiyaya elektrik enerjisi nəqlini dayandırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Finlandiyanın "Fingrid" elektrik şəbəkə şirkətinin rəsmisi Timo Kaukonen bildirib.

Qeyd olunub ki, Rusiyadan Finlandiyaya elektrik enerjisi nəqli bu gün gecə yarısından etibarən dayanıb.

Milli.Az