Bu gün "Avroviziya"nın finalıdır - Nadir neçənci çıxış edəcək?

14 May 2022 18:07

Bu gün İtaliyanın Turin şəhərində "Avroviziya-2022" mahnı müsabiqəsinin finalı keçiriləcək.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müsabiqədə Azərbaycanı "Fade to black" mahnısı ilə təmsil edən Nadir Rüstəmli səhnəyə 15-ci çıxacaq.

Qeyd edək ki, finalda ümumilikdə 26 ölkə iştirakçısı çıxış edəcək.

Milli.Az