BƏƏ-nin yeni prezidenti seçilib

14 May 2022 13:52

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yeni prezidenti seçilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Əbu-Dabi Əmirliyinin Vəliəhdi Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Ali Şura tərəfindən bu vəzifəyə seçilib.

O, bu vəzifədə Şeyx Xəlifə bin Zayed Al Nəhyanı əvəz edəcək.

Xatırladaq ki, BƏƏ prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyan ötən gün uzunsürən xəstəlikdən sonra 73 yaşında vəfat edib.

Milli.Az