Sumqayıtda dəhşətli qətl bu evdə olub - VİDEO

15 May 2022 03:22

Sumqayıtda gənc qadın tanışı  tərəfindən boğularaq qətlə yetirilib. İlkin araşdırma zamanı məlum olub ki, hadisə  şəxsi münasibətlər zəminində baş verib.artıq qətli törətməkdə şübhəli bilinən 28 yaşlı xalid əmənov saxlanılıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Sumqayıtda gənc qadın qətlə yetirilib. Hadisə şəhərin 17-ci mikrorayon ərazisində baş verib.

Qonşular mərhum Ayşən Bayramovanın həmin mənzilə yeni köçdüyünü deyirlər. 

Hadisə ilə bağlı Sumqayıt şəhər prokurorluğununun yaydığı məlumatda qeyd edilib ki, aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 28 yaşlı Xalid Əmənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ayşən Bayramovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Xalid Əmənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.  Faktla bağlı cinayət işi başlanıb. 

Milli.Az