Saatda 100 km sürətlə hərəkət edən “Tesla”nın qəzaya düşmə anı - VİDEO

14 May 2022 14:45

ABŞ-ın Ohayo ştatında işıqforun qırmızı işığında keçən "Tesla"nın törətdiyi dəhşətli qəzanın görüntüləri yayılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, saatda 100 km sürətlə hərəkət edən "Model S" Kolumbus şəhərində "Greater Columbus" Konqres Mərkəzindəki konfrans zalına çırpılıb.

63 yaşlı sürücü polisə əyləc idarəetməsini itirdiyini və maşını yavaşlada bilmədiyini deyib. Hadisə ilə bağlı yoxlamalara başlanılıb.

İlkin hesablamalara görə, qəza binaya 250-300 min dollar dəyərində ziyan vurub.

Milli.Az