ABŞ Avropaya on mindən çox hərbçi göndərir

14 May 2022 09:28

ABŞ yaxın həftələrdə Avropada təxminən 10500 hərbçisini əvəzləyəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə cümə günü keçirdiyi brifinqdə Pentaqonun sözçüsü Con Kirbi bildirib.

O qeyd edib ki, yeni qüvvələr Ukraynada döyüşməyəcək.

"Bu, mövcud təhlükəsizlik vəziyyətinə cavab tədbirləri çərçivəsində baş verir. Yeni qüvvələr Ukraynada döyüşmək fikrində deyil", - sözçü bəyan edib.

Kirbi hərbçilərin mütəmadi əvəzlənməsinin öncədən planlaşdırıldığına da aydınlıq gətirib.

Milli.Az