Zelenski Davosda çıxış edəcək

14 May 2022 08:15

Ukrayna Prezidenti Volodimir Zelenski Davosda keçiriləcək Dünya İqtisadi Forumunda videobağlantı vasitəsilə çıxış edəcək.

Milli.Az bildirir ki, bu barədə "qafqazinfo" "Bloomberg"ə istinadən xəbər verir.

Zelenski konfransın açılışı günü - mayın 23-də çıxış edəcək. Tədbirdə şəxsən iştirak edəcək ukraynalı siyasətçilər arasında Baş nazirin müavini Mixail Fedorov və Kiyev meri Vitali Kliçko da olacaq.

Qeyd edək ki, Davosda Dünya İqtisadi Forumu mayın 22-dən 26-dək keçiriləcək.

Milli.Az