Bakıda gənc oğlanı avtomobil vurub

14 May 2022 08:09

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb.

Yolun əks tərəfinə keçmək istəyən 1991-ci il təvəllüdlü Həmzəyev Nicat Elşən oğlunu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə 3 nömrəli xəstəxanaya yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Milli.Az