"Ruslar eyni vaxtda üç istiqamətdə hücuma hazırlaşır"

14 May 2022 07:55

Ruslar eyni vaxtda üç istiqamətdə hücuma hazırlaşır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Feygin Live" kanalının efirində Ukrayna prezident aparatının rəhbərinin müşaviri Aleksiy Arestoviç bildirib.

Onun sözlərinə görə, Rusiya Popasnaya, Avdiivka və Zaporojye istiqamətində hücum planı reallaşdıracaq.

"Bizim artilleriyamız hər şeyi müşahidə edib. Popasnaya yaxınlığında rus qoşunlarının toplaşdığı görünüb. Onlar burdan Rubijne, Severodonetsk, Lisiçansk və Zaporojyeni mühasirəyə almaq istəyir.",- deyə Arestoviç bildirib.

Onun sözlərinə görə, son 24 saat ərzində rusların hücumunda heç bir irəliləməsi olmayıb.

"Onlar öz son gücünü o cümlədən tank resurslarını indiki mərhələdə bu istiqamətdə sərf etmək niyyətindədirlər. Onlar inanılmaz dərəcədə öz qoşunlarını bizim güclü müdafiəmizə öldürməkdə israrlıdırlar",- deyə o bildirib.

Arestoviç bu gözlənilən hücumu taktiki səviyyədə təhlükə adlandırıb və rusların bu cəhdlərinin uğur qazanmayacağına inanıb.

Milli.Az