Rusiyada inflyasiya zəifləyib

14 May 2022 08:49

Rusiyada 2022-ci ilin aprelində inflyasiya 1,56 faizə qədər azalıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə хдлэтшт Dövlət Statistika Federal Xidmətindən bildirilib.

Məlumata əsasən, 2022-ci ilin aprel ayında 2022-ci ilin mart ayı ilə müqayisədə istehlak qiymətləri indeksi 101,56 faiz, 2021-ci ilin dekabr ayı ilə müqayisədə isə 111,67 faiz təşkil edib.

Qeyd olunur ki, ötən ay ölkədə illik inflyasiya martdakı 16,69 faizə qarşı 17,83 faiz təşkil edib.

Milli.Az