Casinda Ardern koronavirusa yoluxub

14 May 2022 08:45

Yeni Zelandiyanın baş naziri Casinda Ardern koronavirusa yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə baş nazir özünün "İnstagram" hesabında yazıb.

"Bütün səylərimə baxmayaraq, təəssüf ki, ailəmin qalan hissəsinə qoşuldum və COVID-19 üçün götürülən testin nəticəsi müsbət çıxdı", - deyə baş nazir bildirib.

Milli.Az