Bakıda İran vətəndaşını avtomobil vurub

14 May 2022 07:40

Bakıda İran vətəndaşını avtomobil vurub.

Milli.Az "report"-a istinadən bildirir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

1978-ci il təvəllüdlü Xosrovifar Daniyal Əli oğlu yolu keçərkən "Hyundai" markalı avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az