Rusiya-Ukrayna müharibəsi bu tarixdə qurtara bilər

14 May 2022 07:35

Ukraynanın maliyyə naziri Sergey Marçenko ölkə iqtisadiyyatının uzunmüddətli müharibəni davam etdirmək gücündə olmadığını bildirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Marçenko ölkə iqtisadiyyatı ilə bağlı açıqlamasında deyib:

"Müharibə 3 və ya 4 aydan çox davam edərsə, ölkədə böyük vergi artımları kimi qərarlar qəbul edilə bilər. ABŞ-dan maliyyə yardımı xəbərini aldıq. Bu, yaxşı xəbərdir, lakin ABŞ-ın yardım paketinin məzmununun nə olacağını və nə vaxt çatacağını bilmirik", - deyə Segey Marçenko qeyd edib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov bəyan edib ki, Rusiya-Ukrayna müharibəsinin qırılma nöqtəsi avqustda olacaq və qarşıdurmaların əksəriyyətinin ilin sonuna qədər bitməsi gözlənilir.

Milli.Az