Latviya daha 102 Rusiya vətəndaşını arzuolunmaz şəxslər siyahısına əlavə edib

14 May 2022 07:18

Latviyanın xarici işlər naziri Edqar Rinkeviç daha 102 Rusiya vətəndaşını ölkəsi üçün arzuolunmaz şəxslər siyahısına əlavə edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə XİN rəhbəri özünün sosial şəbəkə hesabında yazıb.

Nazir bildirib ki, siyahıya əlavə edilən Rusiya vətəndaşlarına qeyri-müəyyən müddətə Latviyaya giriş qadağan edilir.

Milli.Az