“Ukrayna Polşaya görə nə qədər şanslıdır!” - Zelenskaya

13 May 2022 23:56

"Ukrayna Polşaya görə nə qədər şanslıdır!".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukraynanın birinci xanımı Yelena Zelenskaya feysbuk hesabında yazıb. 

O, Polşanın Ukraynaya göstərdiyi dəstəkdən bəhs edib: 

"Polşa nəinki ən çox qaçqınlarımızı qəbul etdi (3 milyondan çox), həm də onlara tibb və təhsil hüququ verdi. 200.000-dən çox tələbəmiz artıq Polşa məktəblərində təhsil alır.

Polşa Lvovdan yüzlərlə ukraynalı onkoloji xəstəliyi olan uşağı müalicə üçün qəbul etdi.

Bu ölkəyə getməli olan analarımız artıq 2500-dən çox ukraynalı körpə dünyaya gətirib.

Bütün bunları bu gün Polşanın birinci xanımı Aqata Kornhauzer-Duda ilə video söhbət zamanı müzakirə etdik. O, ukraynalı "bacı və qardaşlarına ürəklərini və evlərini açan" həmvətənləri ilə fəxr etdiyini deyir. O, nəinki Polşada ukraynalılara kömək edir (prezident cütlüyü hətta üç iqamətgahını bizim vətəndaşlarımıza verdi!), həm də Ukraynaya - Çernivtsi və Kamyanets-Podilskiyə səfər edib".

Milli.Az