Krivotsyuksuz darmadağın

13 May 2022 23:27

Futbol üzrə Polşa çempionatında 33-cü turun oyunları keçirilib. Milli.Az matc.az-a istinadən bildirir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Visla" (Plotsk) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə "Krakoviya" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.
 
Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
Plotsk "Visla"sı 33 turdan sonra 45 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

Milli.Az