Hindistanda ofis binasında yanğın olub, 26 nəfər ölüb

13 May 2022 22:37

Hindistanda yanğın olub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Yeni Dehlinin qərbində üçmərtəbəli ofis binasında baş verib.

Hadisə nəticəsində ən azı 26 nəfər həlak olub.

12 nəfərin xəsarət aldığı deyilir.

Qeyd olunur ki, yanğın birinci mərtəbədən başlayıb və qısa müddətdə 70-ə yaxın insanın olduğu bütün binanı bürüyüb.

Binanın sahibi həbs edilib.

Milli.Az