Avtomobil 13 yaşlı velisopedçini vuraraq öldürüb

13 May 2022 22:22

Salyanda baş verən qəzada velosipedçi ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonunun Yenikənd kəndində qeydə alınıb.

"Mercedes" markalı avtomobil hərəkətdə olarkən qarşısına çıxan Salyan rayonunun Şəkərli kənd sakini, 2011-ci il təvəllüdlü Quliyev Balabəy Mahir oğlunu vurub.

13 yaşlı velisopedçi hadisə yerində ölüb.

Milli.Az