Rusiyanın Ermənistandakı hərbi poliqonunda partlayış olub, bir nəfər ölüb

13 May 2022 22:01

Ermənistanda Rusiya Silahlı Qüvvələrinin Gümrüdəki 102-ci hərbi bazasının yerləşdiyi Şirak rayonunda partlayış olub.

Milli.Az APA-ya istinadən bildirir ki, Kamxut dağ silsiləsinə yaxın ərazidəki poliqonda baş vermiş partlayış nəticəsində bir nəfər çoban ölüb.

Məlumata görə partlayış saat 15:30 radələrində baş verib.

Hərbi bazanın komandanlığı bildirir ki, həmin vaxt poliqonda heç bir təlim olmayıb.

Milli.Az