İraqda xüsusi əməliyyat zamanı Türkiyə ordusunun hərbçisi həlak olub

13 May 2022 22:08

Türkiyə ordusunun İraqda keçirdiyi "Pəncə-Kilid" əməliyyatı zonasında terrorçular tərəfindən öncədən quraşdırılmış əldəqayırma partlayıcı qurğu partlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, partlayış nəticəsində Türkiyə ordusunun 1 hərbçisi həlak olub, 3 hərbçi isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alan hərbçilər dərhal xəstəxanaya yerləşdirilib.

Milli.Az