Conson məmurların sayını azaltmağı tələb edib

13 May 2022 21:14

Böyük Britaniyanın Baş naziri Boris Conson vergiləri azaltmaq məqsədilə büdcə yükünün yüngülləşməsi üçün nazirlərdən dövlət xidmətində çalışan 91 min nəfərin ixtisarını tələb edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Boris Conson Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.

"Hökumətin vergi ödəyicilərindən aldığı hər funt-sterlinq onların öz prioritetlərinə, öz həyatlarına xərcləyə biləcəkləri puldur", - deyə o bildirib. Baş nazir, həmçinin komandasının üzvlərinə tapşırıb ki, çətin vəziyyətdə olan ailələrin maddi təzyiqini azaltmaq üçün səylərini ikiqat artırsınlar.

Məmurların sayının tələb olunan miqdarda azaldılması ildə təxminən 3,5 milyard funt-sterlinqə qənaət etmək imkanı yaradacaq.

Milli.Az