Uşağınızın zəkalı olması üçün bunları edin

21 May 2022 21:50

Uşaqların zəkalı olması baxımından olduqca mühüm bir vəzifəsi olan ata və analar, uşaqlarını zəka artıran fəaliyyətlərə istiqamətləndirərək, buna nail ola bilərlər.
Deyerler.org xəbər verir ki, valideynlərin üzərinə düşən ən mühüm vəzifələrdən biri də uşağın sağlam şəkildə böyüməsinə köməklik etməkdir. Uşağın doğru və sağlam bir şəkildə inkişafını tamamlaması üçün valideynin uşağını müşahidə etməsi olduqca əhəmiyyətlidir.
Zəkanın inkişafına təkan verən amilləri tətbiq edərək, uşağınızın daha ağıllı olmasını təmin edə bilərsiniz.
Bəs bunun üçün nə edilməlidir?
1- Lazımsız istehlak etdiyi qidalara tez bir zamanda son verməlisiniz.
2- Şahmat, pazl və zəka kartları kimi, oyunları oynamağa təşviq edin.
3- Uşağınızı məktəbə göndərmədən əvvəl mütləq səhər yeməyi yedirdin.
4- Xobbi haqqında suallar verərək, bilmədiyi şeyləri öyrənməyə təşviq edin.
5- Uşaqla bərabər çoxlu kitab oxuyun.

Milli.Az