Özünü güllələyərək öldürən polis DYP zabiti imiş

13 May 2022 15:18

Bu gün Füzuli rayonunun Horadiz qəsəbəsində güllə xəsarətindən vəfat edən polis əməkdaşı İ.Qasımovun DYP zabiti olması üzə çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, xidməti silahla ehtiyatsız davranma səbəbindən aldığı güllə xəsarətindən ölən 1994-cü il təvəllüdlü İ.Qasımov Füzuli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin baş inspektoru vəzifəsində çalışıb. Baş leytenant rütbəsini daşıyan 28 yaşlı İ.Qasımov ailəli və 2 azyaşlı uşaq atası olub.

Hadisənin hansı şəraitdə baş verməsi hələlik tam aydınlaşmayıb.

Daxili İşlər Nazirliyi İ.Qasımovun ehtiyatsızlıqdan açılmış atəş səbəbindən öldüyünü açıqlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az