Horadizdə polis özünü güllələdi

13 May 2022 14:27

Mayın 13-də Füzuli rayon Polis Şöbəsinin əməkdaşı İ.Qasımov yaşadığı Horadiz qəsəbəsindəki evdə ona təhkim olunmuş xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən ölüb.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.

Milli.Az