Dünya çempionu zorlama ittihamı ilə həbs olundu - FOTO

13 May 2022 18:48

Dart üzrə ikiqat dünya çempionu 54 yaşlı Ted Hanki zorlama ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, əvvəlcə Hanki ittihamları rədd edib. Lakin cinayətin videosu məhkəməyə təqdim olunandan sonra idmançı olanları etiraf edib.

Zorlanmaya məruz qalan adı açıqlanmayan 18 yaşında olan qız ifadəsində hadisədən sonra stress keçirdiyini yazıb.

Məhkəmənin hökmündən sonra Hankinin arvadı 18 illik evliliyə baxmayaraq boşanma üçün ərizəsi verib. Onun uşaqları da cinayətkar ata ilə ünsiyyətdən imtina ediblər.

Qeyd edək ki, Ted Hanki 2000 və 2009-cu illərdə çempion titullarına yiyələnib. O, karyerası ərzində təxminən 8 milyon funt-sterlinq qazanıb. 2017-ci ildə özünü müflis elan edib.

Milli.Az