Borrell: "Rusiyanın neft asılılığından qurtulmalıyıq"

13 May 2022 14:18

Biz Rusiyanın neft asılılığından qurtulmalıyıq.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell jurnalistlərə açıqlamasında deyib.

"Müharibə davam edir. Mayın 16-da üzv ölkələrin xarici işlər nazirləri bu məsələni müzakirə edəcək və mən razılaşmanın əldə olunması üçün yeni siyasi təkan verəcəyəm. Əminəm ki, bizim razılaşmamız olacaq - bu müqavilə bizə lazımdır, biz onu əldə edəcəyik. Çünki biz Rusiyanın neft asılılığından qurtulmalıyıq. Doğrudur, biz Aİ-yə 27 üzv dövlətin hər birinin konkret şəraitini başa düşməliyik. Amma səfirlər səviyyəsində razılıq əldə olunmasa, bazar ertəsi nazirlər Xarici Əlaqələr Şurasının iclasına toplaşanda bu məsələyə siyasi təkan verməlidirlər. Mən buna çox diqqət ayıracağam", - Borrell jurnalistin Aİ-nin Rusiyaya qarşı neft embarqosu və Macarıstanın bu embarqoya etirazı ilə bağlı sualını cavablandırarkən bildirib.

Milli.Az