Tibb və əczaçılıq işçiləri imtahana cəlb olunacaqlar - VİDEO

13 May 2022 17:42

Xaricdə təhsil almış tibb və əczaçılıq işçiləri imtahana cəlb olunacaqlar.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İnsan resurslarının şöbəsinin müdiri Səidə Rüstəmova deyib.

O bildirib ki, xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması üçün imtahan keçiriləcək.

Şöbə müdirinin sözlərinə görə, namizədlərin yalnız ixtisasları üzrə bilik səviyyələri və peşə səriştələri yoxlanılacaq.

Qeyd edək ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az