Rusiya klubları UEFA-nın qərarından məhkəməyə müraciət edib

13 May 2022 12:54

Rusiyanın MOİK, "Zenit", "Dinamo", və "Soçi" klubları UEFA-nın Rusiya komandalarını yarışlardan kənarlaşdırmaq qərarı ilə bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə MOİK-in mətbuat xidməti bildirib.

Yaxın zamanlarda məhkəmənin məsələyə baxacağı qeyd olunur.

Xatırladaq ki, mayın 2-də UEFA 2022-23-cü illər mövsümü üçün Rusiya klublarının avrokuboklardan, Rusiya milli komandasının isə Millətlər Liqasından kənarlaşdırıldığını elan etmişdi.

Milli.Az