Xocasən sakinlərinə ŞAD XƏBƏR: metro stansiyası bu tarixdə istifadəyə verilə bilər

13 May 2022 12:00

Bu ilin sonuna kimi Xocasəndə inşa olunan qatar deposu və metro stansiyası istifadəyə verilə bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov deyib.

O bildirib ki, hazırda stansiyada tikinti işləri davam etdirilir.:

"Aparılan tikinti-quraşdırma işlərinin ilin sonuna qədər başa çatacağı və bu ilin sonuna qədər qatar deposu və yerüstü stansiyanın istifadəyə verilməsi gözlənilir", - H.Məmmədov bildirib.

Milli.Az