"Liverpul" ulduz futbolçunu transfer edir

13 May 2022 12:06

"Liverpul" heyətini ulduz futbolçu ilə gücləndirəcək.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, Mersisayd klubu "Roma"nın 22 yaşlı istedadlı orta sahə oyunçusu Nikolo Zanyolonu transfer edəcək. Onun paytaxt təmsilçilçisi ilə sözləşməsi 2024-də başa çatır.

"Canavarlar" yarımmüdafiəçini 65 milyonda aşağı qiymətə satmayacaq.

Qeyd edək ki, 2018-ci ildən "Roma"da çıxış edən Zanyolo bu mövsüm 37 matçda 7 qol və 8 məhsuldar ötürmə edib.

Milli.Az