İran Fars körfəzində iki gəmini saxlayıb

13 May 2022 11:48

İran Fars körfəzində iki gəmini saxlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, saxlanılan gəmilərin qaçaqmalçılıqla məşğul olduğu bildirilir.

Gəmilərin hansı ölkəyə məxsus olduğu açıqlanmayıb.

Saxlanılan gəmilərdən birindən 25 min litr qaçaq yanacaq müsadirə olunub, 6 nəfər həbs edilib.

Faktla bağlı cinayət işi açılıb.

Milli.Az