Bu ölkədə koronavirus tüğyan edir: Bir gündə 18 mindən çox yoluxma

13 May 2022 20:36

Şimali Koreyada təkcə mayın 12-də 18 minə yaxın koronavirusa yoluxma hadisəsi qeydə alınıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hazırda 187,8 min nəfər təcrid olunaraq müalicə olunur.

Bu açıqlama Pxenyanın qapalı ölkədə koronavirusun yayılmasının etirafından və "maksimum təhlükə" elan etməsindən bir gün sonraya təsadüf edir.

Qeyd olunur ki, aprelin sonundan etibarən "mənşəyi məlum olmayan qızdırma" bütün ölkəyə sürətlə yayılıb və nəticədə qısa müddət ərzində 350 min xəstə qeydə alınıb. Artıq 160 mindən çox insan sağalıb.

Şimali Koreya lideri Kim Çen In artıq tətbiq edilən karantin sistemində boşluqların olduğunu etiraf edib.

Mayın 12-də Şimali Koreyada ilk COVID-19-a yoluxma qeydə alınıb. Bundan əvvəl ölkədə koronavirusun yayılmasını inkar edilib, həmçinin ölkədə heç bir xəstənin olmadığı bəyan edilib.

Milli.Az