Bakıda bağ evinin həyətindən ölmüş döl tapıldı

13 May 2022 11:06

Bakının Buzovna qəsəbəsində ölmüş döl tapılıb.

Milli.Az bildirir ki, qəsəbə sakini A.Hüseynova məxsus bağ evinin həyətində 24-25 həftəlik döl aşkar edilib.

Yarımçıq doğuş nəticəsində xaric olmaqla ölmüş dölün həyətə kim tərəfindən atılması, hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.

Faktla bağlı Xəzər Rayon Polis İdaərisinin 2-ci Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az